Daha bir qəhrəmanımızın ailəsinə sosial dəstək göstəriləcək

Daha bir qəhrəmanımızın ailəsinə sosial dəstək göstəriləcək

Hazırda oxunan: Daha bir qəhrəmanımızın ailəsinə sosial dəstək göstəriləcək

4429

Vətən müharibəsində yaralanmış qəhrəmanlarımızdan biri olan Şıxəliyev Nahid İslam oğluna müvafiq sosial dəstək göstəriləcək.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun ailəsi ilə yaşadığı ünvanda olub, yaşayış vəziyyəti ilə tanış olublar.

İmişli rayonu Muradallı kəndində qeydiyyatda olan Nahid həyat yoldaşı və körpə qızı ilə İmişli şəhərində kirayə evdə yaşayırlar. Həyat yoldaşı orta məktəbdə ibtidai sinif müəllimi işləyir, aylıq məvacibi 550 manatdır. Nahidin özü isə işsizir.

Bunu nəzərə alaraq onun Diaqnostika Mərkəzində müalicəsi başa çatdıqdan sonra özünüməşğulluq proqramına cəlb olunması qərara alınıb. Bununla bağlı artıq sənədləşdirmə işləri aparılır.

Evə qayıtdından sonra ona kiçik müəssisəsini yaratması üçün mal və materiallar formasında aktivlər veriləcək.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO