“Ağıllı kənd”in tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Ağıllı kənd”in tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Ağıllı kənd”in tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA

44196

“Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində tikilən 200 fərdi ekoloji evin böyük əksəriyyətində işlər yekunlaşıb”.

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov deyib.

Onun sözlərinə görə, kənddə evlərin bir çoxu mebel dəsti ilə təmin edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilandakı “Ağıllı kənd”də neçə ev tikiləcək? - DETALLAR - FOTO


“Hazırda kənddə sosial sahələr üzrə bir çox fəaliyyətlər həyata keçirilir. 360 şagird üçün nəzərdə tutulmuş məktəb binasında son tamamlama işləri aparılır. Kənddə tikilən 4 sosial binanın tikintisi qısa müddətdə yekunlaşacaq. Alternativ enerji mənbələri üzrə su elektrik stansiyaları üçün süni göl yaradılıb. Bu süni gölün ümumi su tutumu 150 min kubmetrdir. Orda da işlər son mərhələdədir. Bütün işlər qrafikə uyğun aparılır, ən qısa vaxtda birinci, ikinci, üçüncü Ağalı kənd sakinləri hissə- hissə köçürüləcəklər”.

Ə.Abbasov qeyd edib ki, “Ağıllı kənd”də işlər ağıllı yaşayışın, ağıllı istehsalatın, sosial xidmətlərin, ağıllı kənd təsərrüfatının, maksimum alternativ enerji istehsalının üzərində qurulub:

“Bütün komponentlər üzrə işlər çox sürətlə davam edir”.

“Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. "Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO