Qusarda Şuşa şəhidimizin xatirəsi anıldı - FOTO

Qusarda Şuşa şəhidimizin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Qusarda Şuşa şəhidimizin xatirəsi anıldı - FOTO

44192

"Ənvər ailəmizin yeganə oğlu, iki bacının bir qardaşı idi. Vətən savaşı başlayanda hərbi xidmətdə olan Ənvər  hədəfi sərrast nişan aldığına görə Xüsusi Təyinatlı Qüvvələrin sırasında qulluq edirdi.
 

Cəbhəyə  də Xüsusi Təyinatlı kimi getmişdi. Füzulidən Şuşaya kimi döyüşüb, oktyabrın 27-də Şuşada ağır döyüşlərin birində snayperlə ürəyindən vurularaq şəhid olub".


Bu sözləri Bizim.Media-ya Qusarın Xürel  kəndinin yeganə şəhidi Ənvər Şıxəliyevin anası Kəmalə  Şıxəliyeva deyib.

O, yeganə oğlunu itirməyin çox ağır olduğunu desə də Ənvərin Vətən uğrunda şəhid olmasından qürur duyur və təsəlli tapır.

Şəhid anası oğlu ilə sonuncu dəfə oktyabrın 24-də danışdığını bildirib: "Heç vaxt şikayətlənmədi, danışanda "Erməninin  axırına çıxmamış  hara gəlirəm ki? Qıra-qıra gedirik irəli" deyirdi Ənvər”.
 

Ənvər Şıxəliyevin doğma Xürel kənd məzarlığında  torpağa tapşırılmasının ildönümü günündə  kənd sakinləri, ictimaiyyət nümayəndələri, Qusar İH-nin əməkdaşları xatirəsini anıb, məzarını ziyarət edib, ailə üzvlərinə başsağlığı veriblər. 


Şəhid Ənvər Şıxəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 5 döyüş medalına layiq görülüb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO