Bakıda gənc oğlan çoxsaylı bıçaq zərbələri alıb.
Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Üçüncü mikrorayon dairəsi yaxınlığında 1994-cü il təvəllüdlü İbrahimov Kamran Qafur oğlu kütləvi dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun bədəninin müxtəlif nahiyələrində 10-dan artıq kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media