Bloqer niyə həbs edilib? - DİN-dən iddialara CAVAB - FOTO

Bloqer niyə həbs edilib? - DİN-dən iddialara CAVAB - FOTO

Hazırda oxunan: Bloqer niyə həbs edilib? - DİN-dən iddialara CAVAB - FOTO

44055

Cəlilabad rayon sakini, Saməddin Məmmədovun qərəzli səbəblərdən həbs edilməsi ilə bağlı iddialar səsləndirib.

Özünü bloqer kimi kimi təqdim edən şəxs həbsindən narazılıq ifadə edib və ona zor tətbiq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, iddiaların heç bir əsası yoxdur:

“S.Məmmədov, oğlu N.Məmmədov və  bacısı oğlu E.Məmmədovla birlikdə sentyabrın 27-də Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini E.Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər. S.Məmmədov isə bu zaman E.Cəfərovu vuraraq ona bədən xəsarəti yetirib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. S.Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Oktyabrın 30-da isə S.Məmmədovun şəxsi əşyalarını və idarə etdiyi nəqliyyat vasitəsini təhvil almaqdan ötrü oğlu N.Məmmədov və anası Cəlilabad Rayon Polis Şöbəsinə gəliblər.


Bu zaman şöbə rəhbərliyi tərəfindən qəbul ediliblər və onları maraqlandıran suallar barədə məlumat verilib. N.Məmmədova qarşı heç bir fiziki güc və ya zor tətbiq edilməyib. İddialar əsassızdır və həqiqəti əks etdirmir”.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO