İsmayıllıda qəza: Ana və qızı ağır yaralandı

İsmayıllıda qəza: Ana və qızı ağır yaralandı

Hazırda oxunan: İsmayıllıda qəza: Ana və qızı ağır yaralandı

44021

İsmayıllı rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə İsmayıllı-Lahıc yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1971-ci il təvəllüdlü Məmmədova Məhəbbət Sadiq qızı və övladı, 1995-ci il təvəllüdlü İbrahimova Sədaqət Fərhad qızı xəsarət alıblar.
 

Yaralılar əvvəlcə rayon İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin onların vəziyyəti ağır olduğundan sonra Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər.


Müayinə zamanı M.Məmmədovaya qapalı kəllə-beyin travması, baş-beyin əziyi, sağ bud sümüyünün və qabırğaların sınığı, S.İbrahimovaya isə sol bud sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub. M.Məmmədovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO