"Miqdadla sonuncu dəfə oktyabrın 25-də telefonla danışdım.Ondan sonra danışmamışam. Bir neçə gün sonra şəhid xəbərini aldıq".
Bu sözləri Vətən müharibəsinin 18 yaşında şəhid olmuş əsgər Miqdad Abduləlimovun anası, Qubada fəaliyyət göstərən"Vətən naminə "Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Bizim.Media-ya deyib.
Onun sözlərinə görə, Miqdad 2002-ci ildə - iki qız övladından 10 il sonra doğulub.
“Vətən müharibəsi başlayanda əsgər idi.2020-ci il oktyabr ayının 28-də Tərtərdə gedən döyüşlərdə şəhid oldu”, -deyə şəhidin anası bildirib.
Qeyd edək ki, bu gün şəhid M.Abduləlimovun xatirəsi anılıb. Anım mərasimində Quba Şəhidlər Xiyabanında uyuyan Miqdad Abduləlimovun məzarı yerli icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, qazilər, keçmiş döyüşçülər və ailə üzvləri tərəfindən ziyarət edilib.
Miqdad Abduləlimov vəfatından sonra dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Laçının azad olunmasına görə "medalları ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media