Məcburi köçkünlər azad olunmuş ərazilərə necə qayıdacaqlar? – Bakıda VACİB MÜZAKİRƏ

Məcburi köçkünlər azad olunmuş ərazilərə necə qayıdacaqlar? – Bakıda VACİB MÜZAKİRƏ

Hazırda oxunan: Məcburi köçkünlər azad olunmuş ərazilərə necə qayıdacaqlar? – Bakıda VACİB MÜZAKİRƏ

43863

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Avropa Regional Bürosunun direktor müavini Angela Li Rosinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə işğaldan azad edilmiş ərazilərə A. Li Rosinin başçılığı ilə həyata keçirilən BMTQAK missiyasının nəticələri müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident məcburi köçkünlərin öz evlərinə qayıdacağı günü AÇIQLADI


A. Li Rosi BMTQAK-a Azərbaycan tərəfindən göstərilən dəstəyə və yüksək səviyyəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib.

O, səfərin məqsədinin məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda BMTQAK üçün nəzərdə tutulan rolun konkret aspektlərinin müzakirə edilməsi olduğunu bildirib. 
 

Nazir Ceyhun Bayramov ölkəmizdə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış geniş miqyaslı məcburi köçürülmə problemi barədə qonaqlara məlumat verib.


O qeyd edib ki, köçürülmə ilə bağlı ən böyük problem mina təhlükəsidir. 

XİN rəhbəri ötən ilin noyabrından bəri Azərbaycanda 167 şəxsin mina qurbanına çevrildiyini, onların içində öz doğma torpaqlarını görməyə səbirsizlənən məcburi köçkünlərin olduğunu vuruğulayıb. 

C.Bayramov qeyd edib ki, Ermənistan bütün mina xəritələrini Azərbaycana təhvil verməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO