Bakıya Türkiyədən yeni avtobuslar gətirilir

Bakıya Türkiyədən yeni avtobuslar gətirilir

Hazırda oxunan: Bakıya Türkiyədən yeni avtobuslar gətirilir

43845

“Azərbaycanın Türkiyədən aldığı yeni avtobusların ölkəyə gətirilməsinə başlanılıb”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

"Ötən il dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə BNA ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında 320 ədəd orta və iritutumlu avtobusun alınması ilə bağlı müqavilə imzalanıb. Həmin müqaviləyə uyğun olaraq avtobusların Bakıya gətirilməsinə başlanılıb. Həmin avtobusların 150 ədədi 12 metrlik, 170 ədədi isə 9 metrlik avtobuslardır. İlkin mərhələdə 12 metrlik avtobuslar gətirilir. Avtobusların çatdırılması istehsalçı şirkətin bizə təqdim etdiyi qrafikə uyğun olaraq həyata keçirilir. Yeni avtobuslar hələ ki, xəttə buraxılmayıb”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO