AzTV-də kadr dəyişikliyi – Mehriban Məmmədova vəzifəsindən uzaqlaşdırıldı 

AzTV-də kadr dəyişikliyi – Mehriban Məmmədova vəzifəsindən uzaqlaşdırıldı 

Hazırda oxunan: AzTV-də kadr dəyişikliyi – Mehriban Məmmədova vəzifəsindən uzaqlaşdırıldı 

43823

Azərbaycan Televiziyasında növbəti kadr dəyişikliyi baş verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, "İnformasiya Proqramları” Studiyasının baş direktoru Mehriban Məmmədova tutduğu vəzifədən uzaqlaşdırılıb.

Daha sonra "İnformasiya Proqramları” Studiyasının baş direktoru vəzifəsi ştat vahidi kimi ləğv olunaraq, onun əvəzinə İnformasiya Proqramları” Studiyasının direktoru vəzifəsi təsis edilib. Bu səlahiyyətli vəzifə isə telejurnalist Tural Məmmədova tapşırılıb.

Verilən digər xəbərə görə isə Maliyyə və mühasibat uçotu departamentinin rəisi Niyaməddin Quliyev də vəzifəsindən azad ediləcək. N. Quliyev təhvil-təslim işlərini yerinə yetirmək üçün hələlik vəzifəsində saxlanılıb. Onun yerinə də namizəd axtarışı isə davam edir.

Məsələ ilə bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat katibi Nərgiz Rəfiyeva ilə əlaqə yaratdıq.

Mətbuat katibi Mehriban Məmmədovanın öz xahişi ilə vəzifəsindən istefa verdiyini bildirib. N.Rəfiyeva həmçinin qeyd edib ki, Mehriban Məmmədovaya rəhbərlik tərəfindən digər vəzifələr təklif olunsa da o, kanalla yollarını ayırmaq istədiyini deyib.  

Nərgiz Rəfiyeva həmçinin vurğulayıb ki, M.Məmmədovanın səlahiyyətlərinin Tural Məmmədova tapşırılması haqqında mətbuatda yayımlanan xəbərlər isə əsassızdır. Çünki hələ ki, bu vəzifəyə kimin təyin olunması haqqında rəsmi təsdiq yoxdur. 
 

Televiziyanın mətbuat katibi Maliyyə və mühasibat uçotu departamentinin  rəisi Niyaməddin Quliyevin də tezliklə vəzifədən azad edilməsi barədə yayılan xəbərlərə də münasibət bildirib. O, qeyd edib ki, bu xəbər də əsassız və şayiədən başqa bir şey deyil. 


“Bir müddət əvvəl də bu barədə bir neçə xəbər yayılmışdı. Bunlar tamamilə yalan məlumatdır. Niyaməddin Quliyev öz vəzifəsinin başındadır, normal fəaliyyətinə davam edir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO