Niyə COVİD-ə qarşı vaksinasiyanın sayı bu qədər çoxdur? – DETALLAR

Niyə COVİD-ə qarşı vaksinasiyanın sayı bu qədər çoxdur? – DETALLAR

Hazırda oxunan: Niyə COVİD-ə qarşı vaksinasiyanın sayı bu qədər çoxdur? – DETALLAR

43809

“Koronavirus əleyhinə buster (qüvvətləndirici), yəni üçüncü dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi oktyabrın 28-də mətbuata açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusdan ölənlərin sayı artdı – GÜNLÜK STATİSTİKA


Belə nəticəyə gəlmək olar ki, peyvəndlənmə mövsümi xarakter ala, yaxud yarımillik tibbi hesabat tempinə düşə bilər. Çünki COVİD-19 əleyhinə vaksinasiya hazırda bəzi ölkələrdə 5, əksəriyyətində 6 aydan bir reallaşdırılır.

Ona görə də insanların beynində sual yaranır: 

“Əvvəllər həyat ərzində 1 və ya 2 dəfə peyvənd olunur, sağlam yaşayırdıq. Bəs indi nə oldu?”

Bu suala iki cür cavab verənlər, yaxud mövzu ilə bağlı əsasən iki versiyaya söykənənlər var:

1. Əvvəllər koronavirus kimi ölümcül pandemiya olmayıb və tez-tez vaksinləşməyə ehtiyac yox idi. Amma hazırda insanlığı həyatda tutmaq üçün peyvəndlənmə mütəmadilik xarakteri almağa məcburdur.

2. Vaksinasiya Bill Qeyts havadarlarının demoqrafiya siyasətidir. Peyvənd COVİD-in hüceyrələrə keçidinin qarşısını almaqla yanaşı, insan orqanizmində gələcək artım funksiyaları sıradan çıxarır.

Əlbəttə ki, bu cavablar ardıcıl olaraq məntiq (1) və təxəyyül (2) məhsuludur. Ona qalsa, ziyalı analizlərində pandemiya və vaksinasiya siyasi-iqtisadi mübarizə metodu da adlandırılır.

Əvvəlcə hər iki bəndi faktlarla təkzib edək:

⦁  Vaxtaşırı vaksinasiya birdəfəlik peyvəndlə də əvəzlənə bilər və bu, yeni ştamm bəhanəsini də inklar edir. Çünki çoxsaylı ştamların peyda olunmasına baxmayaraq insanlara elə həmin peyvəndlər vurulur.

⦁  Virusla insan saynı azaltmağa cəhd etsəydilər, bu qədər qloballaşdırmaqdansa, elə Çin və Hindistanla kifayətlənə bilərdilər. Həm də Rusiyada qocalaşma gedir, əhalinin sayı onsuz da azdır. Kreml siyasətində əsas götürülən Pyotrun vəsiətlərində isə “özünüzü Sputnik V ilə öldürün” tapşırığı olmayıb. Yəni, Moskva ÜST-ün bu dəvətinə getməzdi.

Yeri gəlmişkən, koronavirusun 5 dalğası və “5G” antenləri də gündəmdən çıxıb. 

Məlumat üçün qeyd edək ki, dünya 225 ildir ki, peyvəndlənir. Viruslar çoxhüceyrəli orqanizmlərdən daha qədim tarixə malikdirlər. Əvvəllər suçiçəyi, taun, vəba və başqa infeksiyalar milyonlarla insanın həyatına son qoyub. 1796-cı ildə ingilis həkim Edvard Cenner suçiçəyini qarşı peyvəndlənmənin təcrübəsini aparıb. Bunun sayəsində hazırda suçiçəyi demək olar ki, yoxdur. Həmçinin qızılca, difteriya və hepatit B-nin virus variantı da idarə olunan vəziyyətə gətirilib. Lakin onilliklər sonra yeni viruslar peyda olub. Belə ki, 1981-ci ildə HİV, 1989-cu ildə hepatit C-nin virus variantı və 2019-cu ildə COVİD-19 tüğyan etməyə başlayıb. 

Düzü, peyvənd deyəndə insanların ilk yadına düşən qızılca, suçiçəyidir. QiÇS və hepatit elə də xatırlanmır. Ümumiyyətlə tibdə vaksinasiya iki yerə ayrılır:
 

Planlı - Adətən heyvanlardan insanlara keçən infeksiyalara qarşı doğuş zamanı, yaxud uşaqkən orqanizmə daxil edilən peyvənddir.


Epidemiya göstəricisinə görə - Yoluxma vəziyyətində sıçrayış olan hallarda, virus epidemiyaya, epidemiya pandemiya durumuna çatanda zəruri olan vaksinasiyadır. Koronavirusa qədərki təcrübədə bütün hallarda vaksinasiya bir doza və bir dəfə icra olunurdu. COVİD-19 və onunla mübarizə isə sanki tibbin “intibah” dövrüdür. Çünki müxtəlif izahlı və izahsız yeniliklər tətbiq olunur.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO