Zaqatalada 20 min insan susuz qalıb – “Azərsu” nə cavab verib?

Zaqatalada 20 min insan susuz qalıb – “Azərsu” nə cavab verib?

Hazırda oxunan: Zaqatalada 20 min insan susuz qalıb – “Azərsu” nə cavab verib?

43777

Millət vəkili Elşən Musayev Zaqatala əhalisinin 20 min əhalisinin susuz qaldığını bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasda deyib.

“Zaqatalada Tala çayı darmadağın olub. 20 min insan susuz qalıb. Əsas Aşağı və Yuxarı Tala kəndinin əhalisi susuzdurb. Mən hər yerə müraciət etmişəm. “Azərsu” deyir ki, işlək vəziyyətə gəlsin balansımıza götürərik. Hazırda həmin qurğular bələdiyyənin balansındadır”.

Deputat həmçinin bildirib ki, indi insanlar oturub gözləməli deyil ki, bu ötür-ötür oyunu qurtarsın ki, onlar su ilə təmin olunsunlar:

“Mənim son çıxışımdan sonra “Azərsu” rəhbərliyi bildirib ki, tezliklə məsələnin həll olunmasına çalışacaqlar. Bu məsələnin həlli tez bir zamanda başa gəlməlidir, çünki oradakı sakinlər çox əziyyət çəkirlər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO