“Yüksəliş” müsabiqəsinin qalibi ilə GÖRÜŞ

“Yüksəliş” müsabiqəsinin qalibi ilə GÖRÜŞ

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin qalibi ilə GÖRÜŞ

43773

“Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan bir illik fərdi inkişaf planının icrasına başlayıblar.

Müsabiqədən Bizim.Media-ya verilən məlumata görə, müsabiqənin İdarəçi rəhbərlərindən olan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yüksəliş” müsabiqəsinin qalibi Vüqar Mirzəzadə ilə görüşüb.

Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibinə təcrübəsinin daha da artırılması istiqamətində yaxından kömək göstəriləcəyi bildirilib.

Vüqar Mirzəzadə müsabiqənin ona verdiyi ən böyük üstünlüklərdən birinin məhz mentorluq proqramında iştirak etmək olduğunu vurğulayıb, həmçinin nazirin mentorluğu ilə təcrübə qazanmağın böyük nailiyyət olduğunu qeyd edib.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO