“Sanki işğal dövründə Qarabağda sunami olub” - Özbək jurnalist

“Sanki işğal dövründə Qarabağda sunami olub” - Özbək jurnalist

Hazırda oxunan: “Sanki işğal dövründə Qarabağda sunami olub” - Özbək jurnalist

0:00
0:00
43764

“Ağdamdan Şuşaya gedərkən yol boyu keçdiyimiz şəhər və kəndlər 30 ilə yaxın işğal altında olarkən ermənilər tərəfindən tam dağıdılıb. Bir salamat bina və ya ev görə bilməzsən. Yaşayış evləri, inzibatı binalar, infrastruktur obyektləri bünövrəsinə kimi sökülüb. Sanki bu ərazilərdə güclü zəlzələ olub və ya sunami keçib bu torpaqlardan. Mənə çox qəribə gəlir, bir xalqın digər qonşu xalqa nə qədər kini, küdurəti və nifrəti olmalıdır ki, yaşayış məskənləri belə hala salınsın”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində bu yaxınlarda Azərbaycan Prezidenti Administrasiyasının təşkil etdiyi mediatur çərçivəsində Qarabağda və Şuşada olan Özbəkistanın tanınmış jurnalisti, “tnews.uz” portalının baş redaktoru Şərafəddin Tulaqanov deyib.

“Ermənistan işğalından azad edilən torpaqların yol boyu minalardan təmizlənməsi prosesini gördük. Bir neçə yerdə dayandıq, ANAMA-nın əməkdaşları azad olunan rayonlarda minatəmizləmə işləri haqqında məlumat verdilər, minaların zərərsizləşdirilməsi prosesini göstərdilər. Onlar bildirdilər ki, ermənilər minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etmirlər. İki dəfə guya mina xəritələrini veriblər. Bu xəritələr isə həqiqəti əks etdirmir. Xəritələrin cəmi 25 faizi düz çıxır”, - deyə Ş.Tulaqanov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO