Bakı Apellyasiya Məhkəməsində 17 yaşlı ictimai fəal Sənay Yağmuru (Qəhrəmanlı) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağayevin şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, hakimlər təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.
Binəqədi rayon məhkəməsi tərəfindən onun barəsində verilmiş 4 aylıq həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib.
O əlavə edib ki, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanov qanunsuz olaraq cinayət işinə xitam verib.
Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:19 / 28.10.2021
Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxslə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxslə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxslə bağlı YENİ XƏBƏR
43669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.