Sahibkarlıq subyektlərində monitorinqlər keçirilir - DETALLAR

Sahibkarlıq subyektlərində monitorinqlər keçirilir - DETALLAR

Hazırda oxunan: Sahibkarlıq subyektlərində monitorinqlər keçirilir - DETALLAR

43652

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə monitorinqlərə başlayıb.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.
 

Məlumata görə, Monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və ara məsafəsinin gözlənilməsi kimi tələblərə riayət edilməsi vəziyyəti yoxlanılır. Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:


- Təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;

- Təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə;

- Müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə.

Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.
 

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər isə altı yüz manat məbləğində cərimə edilir.


Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər isə min iki yüz manat məbləğində cərimə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO