Şəhid Şöhrət Cəlilovun anım günü qeyd olundu - FOTO 

Şəhid Şöhrət Cəlilovun anım günü qeyd olundu - FOTO 

Hazırda oxunan: Şəhid Şöhrət Cəlilovun anım günü qeyd olundu - FOTO 

43622

Bu gün Xaçmaz şəhərində Vətən Müharibəsi şəhidi Şöhrət Cəlilovun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü qeyd edilib. 

Bizim.Media xəbər verir ki, 23 yaşlı şəhidin Xaçmaz şəhər qəbristanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub. 
 

Ailə üzvlərinin, keçmiş döyüşçülərin, hərbçilərin, qazilərin, ictimaiyyət nümayəndələrinin və Xaçmaz İH əməkdaşlarının  qatıldığı anım mərasimində Şöhrət Cəlilovun Xocavənd, Füzuli və Cəbrayılda  gedən döyüşlərdə könüllü iştirak etdiyi, Xocavənddə şəhid olduğu vurğulanıb.


Ötən ilin bu günü Xaçmazda dəfn edilən Şöhrət Cəlilov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO