Bu il Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI

Bu il Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI

Hazırda oxunan: Bu il Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI

43585

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda “İslahat İcmalı” nəşrində bildirilib.

Sənəddə qeyd olunub ki, bu ilin ötən dövründə ölkəyə 515 280 əcnəbi gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 % (2020-ci ildə 686 303 nəfər) azdır.

Sentyabr ayında isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu göstərici ötən ilin müvafiq ayında 36 531 nəfər olub, yəni 99 % artım qeydə alınıb.

Sentyabr ayında Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO