Gəncədə intihara cəhd edən şəhid anası danışdı – “Məsələ heç də…” - FOTO

Gəncədə intihara cəhd edən şəhid anası danışdı – “Məsələ heç də…” - FOTO

Hazırda oxunan: Gəncədə intihara cəhd edən şəhid anası danışdı – “Məsələ heç də…” - FOTO

43580

Gəncədə intihara cəhd edən şəhid anası Vüsalə Məmmədova onun haqqında yayılan yalan məlumatlara öz etirazını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti Müzadil Həsənov Facebook səhifəsində qeyd edib. 

O bildirib ki, şəhid anası ilə görüşüb və onunla ətraflı danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

İntihara cəhd edən şəhid anasının DURUMU ilə bağlı TƏBİB-dən AÇIQLAMA


"Guya şəhid anasının kirayə pulunu ödəyə bilməməsinə görə, intihar etməsi yalandır. Vüsalə bacımız özü də qeyd edib ki, bu cür xəbərləri eşidəndə həm şəhid övladına, həm də şəhid anası adına çox utanıb.

Düzdür, obyektivlik naminə qeyd edilməlidir ki, şəhid anasının müəyyən narazılıqları olub, ancaq bunun yazıldığı kimi kirayə puluna, kommunal borca-filana heç bir aidiyyatı olmayıb".

O, qeyd edib ki Vüsalə xanım özü də İcra Hakimiyyətinin yuxarıda açıqladığı yardımları aldığını təsdiqlədi, sadəcə o, ailədə tək olduğu üçün növbəliliklə düşən 1 otaqlı mənzilin əvəzinə 2 otaqlı mənzilin verilməsini istəyib. Bunun da qanunvericiliklə mümkün olmadığı aydınlaşıb. 
 

"Daha sonra 2 otaqlı mənzil düşsün deyə Vüsalə xanım öz anasının qəyyumluğa götürülməsini istəyib və özü vurğuladığı kimi, bu iş üçün Kəpəz İH başcısı pulsuz vəkil ayırıb, lakin bu məsələ də əlillik və digər statusu olmadığından hüquqi maneələrlə rastlaşıb… 


Bundan başqa, şəhid anası ticarət köşkü üçün şəhərdə yer ayrılmasını da icra hakimiyyətindən istədiyini bildirib. Bunun üçün də yer nəzərdə tutulmadığı deyilib. 

Vüsalə xanım həm də icra hakimiyyətində qəbul şöbəsində olanların onunla kobud danışdıqlarını və icra başcısı ilə görüşməsinə əngəl yaratdıqlarını dedi. Hərçənd, icra hakimiyyətinin işçiləri şəhid ailələrinə qarşı belə davranışın mümkün olmadığını bildirirlər…".

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO