Məhkəmə “Əbdülxaliq”ə hökm oxuyub – 11 il

Məhkəmə “Əbdülxaliq”ə hökm oxuyub – 11 il

Hazırda oxunan: Məhkəmə “Əbdülxaliq”ə hökm oxuyub – 11 il

43368

Terrorçuluq və digər cinayətlərdə ittiham olunan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü Fərid Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, "Əbdülxaliq” dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Adları çəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdiriib. Dəstənin digər üzvü Fərid Sadıqov isə sonradan həbs edilib.

Fərid Sadıqov Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birliyin üzvü olma), 214-cü (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO