Xudavəngdə ibadət etmək istəyən udilərlə erməni keşişlər arasında mübahisə yarandı - VİDEO

Xudavəngdə ibadət etmək istəyən udilərlə erməni keşişlər arasında mübahisə yarandı - VİDEO

Hazırda oxunan: Xudavəngdə ibadət etmək istəyən udilərlə erməni keşişlər arasında mübahisə yarandı - VİDEO

4333

Bu gün Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərdə səfərdə olublar.

Bizim.Media xəbər verir ki, onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət ediblər.

Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb.

Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO