Binəqədidə 65 yaşlı kişini tanışı xəstəxanalıq etdi

Binəqədidə 65 yaşlı kişini tanışı xəstəxanalıq etdi

Hazırda oxunan: Binəqədidə 65 yaşlı kişini tanışı xəstəxanalıq etdi

43072

Bakıda 65 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Xəzri Həşim Əjdər oğlu tanıdığı şəxs tərəfindən döyülüb. O, təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı H.Xəzriyə qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və beyinin daxili qan sızması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, cərrahi əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO