Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Miqrasiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bütün ölkə ərazisində olduğu kimi qurumda da xidməti fəaliyyətini yerinə yetirən Xidmət əməkdaşları tərəfindən Silahlı Qüvvələrimizin şəhidlik zirvəsinə ucalan 2783 hərbi qulluqçusunun əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:42 / 04.12.2020
Miqrasiya Xidmətində 1 dəqiqəlik sükut - FOTO
Hazırda oxunan: Miqrasiya Xidmətində 1 dəqiqəlik sükut - FOTO
Hazırda oxunan: Miqrasiya Xidmətində 1 dəqiqəlik sükut - FOTO
4303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.