Azərbaycan elminə və idman ictimaiyyətinə ağır itki üz verib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasından məlumat verilib.
Məlumatda qeyd edilir ki, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xəlil Qasımov 79 yaşında vəfat edib.
Xəlil Məmmədəli oğlu Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində ali təhsil alıb.
X.M.Qasımov ömrünün böyük hissəsini Respublika üçün gənc kadrların hazırlanmasına həsr edib. Uzun illər Bakı Dövlət Universitetində, Tibb Universitetində və Bədən Tərbiyəsi Dövlət Akademiyasında Biofizika və Biokimya ixtisası üzrə mühazirələr oxuyub.
Xəlil Qasımovun 150 Elmi əsəri çapdan çıxıb, onların 110-u xaricdə nəşr olunub.
Elmi fəaliyyətinə görə bir sıra mükafatlara, o cümlədən AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb.
Vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri vəzifəsində çalışırdı. Eyni zamanda Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasının baş elmi işçisi idi.
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:19 / 24.10.2021
Azərbaycanlı alim vəfat etdi - FOTO
Hazırda oxunan: Azərbaycanlı alim vəfat etdi - FOTO
Hazırda oxunan: Azərbaycanlı alim vəfat etdi - FOTO
43007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.