Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru, Vətəndaş Cəmiyyəti Uğrunda ictimai təşkilatının rəhbəri Eldar İsmayılov vəfat edib.
Virtualaz.org saytı bu barədə mərhumun yaxınlarına istinadən xəbər verir.
Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub. 1990-1994-cü illərdə BDU-nun tarix fakultəsinin dekanı işləyib. 1997-ci ildən bu yana kimi universitetdə işlə yanaşı Vətəndaş Cəmiyyəti Uğrunda adlı QHT-yə də rəhbərlik edirdi. E.İsmayılovun təşkilatı Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.



































































































