Sumqayıtda çörək sexində iyrənc mənzərə - FOTO

Sumqayıtda çörək sexində iyrənc mənzərə - FOTO

Hazırda oxunan: Sumqayıtda çörək sexində iyrənc mənzərə - FOTO

42814

Sumqayıt şəhəri, Energetik qəsəbəsi 9 ünvanında fəaliyyət göstərən, çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, Namazov Ruslan Rza oğluna məxsus sexin yoxlama zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama şəraitinə və temperatur rejimlərinə riayət edilmədən saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO