Bakirəliyi erkən itirəndə nə baş verir? – ƏTRAFLI

Bakirəliyi erkən itirəndə nə baş verir? – ƏTRAFLI

Hazırda oxunan: Bakirəliyi erkən itirəndə nə baş verir? – ƏTRAFLI

42804

Böyük Britaniyadakı sorğular göstərir ki, cinsi həyata tez qədəm qoyanlar bundan peşmandırlar.

Bizim.Media xəbər verir ki, 17-24 yaşarası qadın və kişilərin 30 faizi intim münasibətlərə tələsdiklərini deyirlər. Amma Britaniya da daxil, bəzi ölkələrdə seks razılığı 16 yaşda verilir.

Əslində isə bu yaşda çoxları seksə hazır deyillər. 

Erkən yaşlarda arzular müxtəlifliyi olur və seksual hazırlıqda boşluqlar nəzərə çarpır. Hətta bəzi insanlar cinsi əlaqə üçün 15 yaşında hazır olsa da, digərləri heç 18 yaşında hazır olmurlar. Bu, orqanizm və psixoloji durumla bağlıdır. Buna görə də ekspertlərin fikrincə, məktəblərdəki seksual aydınlıq dərsləri daha effektiv xarakter almalıdır. Əlbəttə ki, söhbət Azərbaycandan getmir.

Seksə hansı yaşda başlamaq lazımdır?

Bunu bilmək üçün özünüzdən soruşun:

1. Mən bunu doğrudanmı istəyirəm?

2. Etsəm düzgün olar?

3. Tərəf müqabilimi sevirəm?

4. O da məni sevirmi?

5. QİÇS və infeksiyadan qorunmaq üçün qoruyucu ilə olmaq barədə razılaşmışıqmı?

6. Fikrimdən dönsəm, istənilən vaxt ona “yox” deyə bilərəm? 

Əgər bu suallara cavabınız “bəlidir”sə, başqa suallar da var:

⦁  Bu istəyin yaranmasında sevgilim, yaxud kimsə mənə təzyiq gösrtərirmi?

⦁  Sonra peşman olacağımı düşünmürəm?

⦁  Bəlkə seksual münasibətlərə dostlarımda təəssürat yaratmaq üçün sövq edirəm?

⦁  Bəlkə cinsi əlaqədə olmaq istəyirəm ki, həmdəmimi itirməyim? 

Alimlərin fikrincə, yetkinlik yaşına çatmayan insanlar bakirəliklərini qorumalıdırlar. Kiməsə oxşamağa görə tələsik addım atmaq olmaz.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO