"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb”.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib.
İş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir” – deyə məlumatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:59 / 21.10.2021
Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı AÇIQLAMA
42629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.