"Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır".
Bizim.Media-nın xəbərinə görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 20-də Zəngilanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya layihə barədə məlumat verərkən deyib.
Nazirin sözlərinə görə, innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.
MÖVZU İLƏ BAĞLI:
Prezidentlə xanımı Zəngilana səfər etdi - FOTO/VİDEO
Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək.
Nazir layihə üçün əkin planının hazırlandığını da diqqətə çatdırıb:
“Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb".
Bizim.Media