Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi

Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi

Hazırda oxunan: Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi

42567

Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.

Bizim.Media xəbər verir ki, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. İ. Mehdiyevin müalicəsi Zaqatala RMX-da davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, son günlər Qax və Zaqatalada 7 nəfər göbələkdən zəhərlənib. Qax rayonu Tasmalı kəndində iki azyaşlı göbələk zəhərlənməsindən həyatını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO