Noyabrda növbəti QAPANMA olacaq? -

Noyabrda növbəti QAPANMA olacaq? - "Fəlakətli bir durum olsa..."

Hazırda oxunan: Noyabrda növbəti QAPANMA olacaq? - "Fəlakətli bir durum olsa..."

42490

Dünya ölkələrində pandemiya ilə bağlı durum yenidən kritikləşib. Avropa İttifaqının bəzi ölkələrində koronavirusdan qorunmaq məqsədilə komendant saatı tətbiq olunub. Küçələrdə maskasız gəzmək qadağası bərpa edilib, təhsil müəssisləri və restoranlar bağlanıb. Azərbaycanın epidemioloji durumu da gərginləşməkdə davam edir. Gündəlik yoluxma və ölüm sayında artım davam edir.

Müşahidələr göstərir ki, ölkədə aparılan vaksinasiya və bu prosesə qoşulan kütləvi cəlbetmə də yoluxmanın azalmasına təsir etmir. 

Bu dəfə yoluxma ölkənin ölkənin kütləvi və strateji obyekti olan təhsil müəssisələrində sürətlənməyə başlayıb. Rəsmi qurumlar inkar etsə də, sosial mediada məktəblərin bağlanması və distant təhsilə keçiləcəyi ilə bağlı fərqli açıqlamalar yer alır. Bununla yanaşı mütəxəssislər pandemiya ilə bağlı ölkədə ilin sonuna doğru 4-cü dalğanın tüğyan edəcəyini, durumun gərginləşcəyini proqnozlaşdırırlar. 

Bu səbəbdən noyabr ayında qapanma olacağına dair söyləntilər də gəzir. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında millət vəkili Fazil Mustafa qapanmaların əleyhinə olduğunu bildirib:

“Qətiyyən qapanmalara getmək lazım deyil. Bu, çıxış yolu deyil. Qapanma insanların daha da yoxsullaşması deməkdir. Müəyyən dərəcədə fərdi məsuliyyətin artırılması üçün gündəlik təbliğat getməlidir. Sadəcə insanlar başa salınmalıdır ki, heç nəyə arxayın olmaq lazım deyil. Fərdi şəkildə özünü qorumaq lazımdır. Qapanma əksinə müəyyən problemlərin artmasına səbəb olur. Fəlakətli bir durum olsa, ona baxmaq olar”. 
 

MÖVZU İLƏ BAĞLI:

Karantin cərimələri hansı halda silinə bilər? - AÇIQLAMA


Deputat qapanmanın mədəni hazırlığı zəif olan cəmiyyətlərdə fayda verdiyini hesab edir:

“Özümüzü faydalı cəmiyyət sayırıqsa, yoluxmadan qoruna bilsək, dəhşətli problem yoxdur. Baxın toylar açıldı, amma qaydalara heç kim əməl etmir. Hamı ağız-ağıza girir, bir-biri ilə yaxın məsafədə söhbətləşir. İnsanları hər dəfə uyarmaq lazımdır ki, bunları dayandırsınlar. Amma qapanma təhlükəli və insanların iş mühitinin dayanmasıdır ki, bu da daha acınacaqlı nəticələr doğura bilir”.

Fazil Mustafa qeyd edib ki, sözügedən məsələdə çıxış yolunu tapmaq o qədər də çətin deyil:

“Səhiyyə sistemində qayda yaradılsa, yaxşı olar. Məcburi vaksin məsələsini təlqin elədik. Amma səhiyyə sistemi yükü qaldırmağa peşəkarlıq baxımından hazır olmadığına görə problemlər yaşayırıq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO