Şəhid ailəsi və müharibə əlillərinə mənzil verildi - FOTO 

Şəhid ailəsi və müharibə əlillərinə mənzil verildi - FOTO 

Hazırda oxunan: Şəhid ailəsi və müharibə əlillərinə mənzil verildi - FOTO 

42467

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edilib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və millət vəkili Şahin Seyidzadə iştirak ediblər. 

Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.  

Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1800 mənzil verilib. 

Eyni zamanda Vətən Müharibəsi Qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO