Kənd Təsərrüfatı Nazirliyinin bu gündən Bakıda təşkil etdiyi bal yarmarkasına Kəlbəcər və Laçın rayonlarından da bal gətirilib.
Bizim.Media xəbər verir ki, Kəlbəcər çərçivə balının bir kiloqramı 40 manat, süzmə bal isə 30 manatdır, digər ərazilərin balı isə 20-30 manatadır.
Qeyd edək ki, bu gündən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Vətəndaşlar 20 oktyabr - 7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
Bizim.Media