İnstagram fenomeni Bayram Nurlu bacısı oğlunun göbələkdən zəhərlənərək vəfat etməsi xəbərini təsdiqləyib.
O, bu barədə Bizim.Media-ya danışarkən hadisənin 2 gün əvvəl baş verdiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Göbələkdən zəhərlənərək ölənlərin sayı 2-yə çatdı
Onun sözlərinə görə müalicə üçün bacısı oğlu 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlili Bakıya gətirmək istəsə də həkim buna icazə verməyib.
“İki gün idi, uşağın vəziyyəti ağırlaşmışdı. Mən onu müalicə üçün Bakıya gətirmək istəyirdim, həkim isə bizi rahat edərək dedi ki, vəziyyəti düzəlir. Ancaq əslində isə bu belə deyildi. Bacımın gül kimi balası getdi”.
Qeyd edək ki, Bayram Nurlunun qohumları Qaxın Tasmalı kənd sakinləri göbələkdən zəhərlənib.
Xəstəxanaya yerləşdirilən zəhərlənənlərdən iki nəfər, 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu və 2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu dünyasını dəyişib.
Bizim.Media