Bakıda daha bir qanunsuz tikintinin qarşısı alındı – FOTO/VİDEO

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alındı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda daha bir qanunsuz tikintinin qarşısı alındı – FOTO/VİDEO

42269

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində müvafiq sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO