Məktəblərdə pandemik vəziyyət ağırlaşdı, dərslər dayandırılacaqmı? – Təhsil Nazirliyindən AÇIQLAMA 

Məktəblərdə pandemik vəziyyət ağırlaşdı, dərslər dayandırılacaqmı? – Təhsil Nazirliyindən AÇIQLAMA 

Hazırda oxunan: Məktəblərdə pandemik vəziyyət ağırlaşdı, dərslər dayandırılacaqmı? – Təhsil Nazirliyindən AÇIQLAMA 

42170

Bu gün 20 nömrəli mərkəzi məktəbin koronavirus yoluxmasına görə, iki həftəlik bağlanılması məktəblərin bağlanması ilə bağlı söhbəti bir az da aktuallaşdırıb. 

Bəzi ekspertlər isə belə bir vəziyyətdə tezliklə təhsilin təcili distant formaya qaytarılmasını zəruri sayıblar. 

BDU və ADNSU-da bəzi kurslarda tədrisin distant formaya keçməsi də belə bir vəziyyətin qaçılmaz olduğu barədə fikir formalaşdırıb.

Bəs, real vəziyyət necədir, distant təhsilə qayıtmaq zərurəti yaranıbdırmı? 

Bizim.Media məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.

Qurum saytımızın göndərdiyi rəsmi sorğuya cavab olaraq bildirib ki, bu barədə heç bir məlumat olmadığı üçün yayılan xəbərlər əsassızdır.

“Qeyd olunan məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictmaiyyətə məlumat veriləcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO