Yüksək texnologiyalı ilk protezlər təqdim olundu

Yüksək texnologiyalı ilk protezlər təqdim olundu

Hazırda oxunan: Yüksək texnologiyalı ilk protezlər təqdim olundu

4217

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin istehsalı sexində hazırlanmış ilk iki protez nümunəsi təqdim edilib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Ölkəmizdə hazırlanmış ilk yüksək texnologiyalı aşağı ətraf protezləri Qarabağ müharibəsi əlilləri Malik Orucova və Ayaz Məmmədova verilib.

Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov Prezident Sərəncamı ilə müəssisədə yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulmasının dövlət başçısının əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti göstəricisi olduğunu bildirib. 

Agentlik sədri bu il ölkəmizdə 10424 əlilliyi olan şəxsə 26 700-dək reabilitasiya vasitəsi, o cümlədən 900-ə yaxın əlil arabası verildiyini qeyd edib. 

Yüksək texnologiyalı protezlərin hazırlanması sexi dünyanın məhşur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində qurulub. Burada həmin şirkətin “Genium” sisteminin, yəni yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında protez istehsalı nəzərdə tutulub.

Bu sistem üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. 

Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.

Yüksək texnologiyalı protezlərin üstünlükləri nümayiş edilib, protezlərin istehsalı sexi ilə tanışlıq olub. Tədbirdə həmçinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” nominasiyası üzrə respublika müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqədə iştirak edən 236 müəssisə və təşkilatdan Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin qalib olduğu bildirilib. Komitənin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəsissəsi” diplomu təqdim edilib.

Aliyə İlyas, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO