DİN-dən həbs olunan meyxanaçı ilə bağlı AÇIQLAMA 

DİN-dən həbs olunan meyxanaçı ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən həbs olunan meyxanaçı ilə bağlı AÇIQLAMA 

0:00
0:00
42149

Daxili İşlər Nazirliyi (DİN) meyxanaçı Cavid Babaşovun (Cavid Sumqayıtlı) saxlanılmasına münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-ci il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış meyxanaçı Sumqayıtda saxlanıldı - FOTO 


Qeyd edilib ki, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: 

"Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə)  maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO