Bakının daha bir məktəbi koronavirus səbəbilə bağlanıb.
Bizim.Media xəbər verir ki, A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyində şagirdlər və müəllimlər arasında yoluxma kəskin surətdə artdığına görə, bu gündən fəaliyyətini dayandırıb, 14 gün karantin elan olunub.
Bu barədə Bizim.Media-ya valideynlər məlumat verib.
Onların sözlərinə görə bir az əvvəl, bu məlumat valideynlər qrupuna göndərilib. 14 gün müddətində distant təhsil də olmayacaq. Valideynlərə deyilib ki, şagirdlər teledərslər üzərindən tədrisi izləyə bilərlər.
Xatırladaq ki, daha əvvəl də məktəbdə bir neçə müəllim və şagirdin COVİD-19 virusuna yoluxduğu bildirilirdi.
Qeyd edək ki, son zamanlar yoluxmaların artması səbəbilə bir neçə məktəb bağlanaraq karantin elan olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 18.10.2021
SON DƏQİQƏ: 20 nömrəli məktəb KARANTİNƏ BAĞLANDI
Hazırda oxunan: SON DƏQİQƏ: 20 nömrəli məktəb KARANTİNƏ BAĞLANDI
Hazırda oxunan: SON DƏQİQƏ: 20 nömrəli məktəb KARANTİNƏ BAĞLANDI
42084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.