“Güc orqanlarında məxfi rejim qaydalarına əməl edilmir”

“Güc orqanlarında məxfi rejim qaydalarına əməl edilmir”

Hazırda oxunan: “Güc orqanlarında məxfi rejim qaydalarına əməl edilmir”

42039

“Suriyadakı azərbaycanlılar həm də Azərbaycan üçün təhlükə mənbəyidir”

 

Son vaxtlar ölkədə baş verən ictimai-siyasi və kriminal hadisələr fonunda hüquq-mühafizə orqanlarına yönəlik ittihamların sayı artmaqdadır. Radikal dini cərəyana məxsus azərbaycanlıların kütləvi şəkildə Suriyaya üz tutmasından tutmuş korrupsiya cinayətlərinə kimi bir çox məsələdə hüquq-mühafizə orqanlarını günahlandıran bəzi vətəndaşlar, güc orqanlarının lazımınca peşəkarlıq nümayiş etdirmədiyi qənaətindədir. Odur ki, sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyevlə söhbətimizdə cəmiyyəti narahat edən bəzi məsələləri müzakirə etməklə yanaşı, mövcud problemlərdən çıxış yollarını da aydınlaşdırmağa çalışdıq.

 

- Mahmud bəy, bugünlərdə jurnalist Xədicə İsmayılova MTN-ə məxsus olduğu iddia edilən bir sənədi ictimaiyyiləşdirdiyi üçün Baş Prokurorluq tərəfindən dövlət sirrini yayma maddəsi ilə cinayət işi açılıb və istintaqa cəlb olunub. Necə hesab edirsiniz, məlum sənədin ictimaiyyiləşməsinə görə, ilk növbədə bu sənəd və oradakı informasiyanın məxfilyini qorumağa məsul olan şəxslər məsuliyyətə cəlb edilməli deyilmi?

 

- Maraqlıdır ki, bu sənəd ilk dəfə 2011-ci ildə nümayiş olunub. Həmin vaxt yayılan sənəddə “verbovka” edilən və ya edilməkdə olan şəxsin adı da gedib. 2-3 ildən sonra X.İsmayılova bunu yenidən facebook səhifəsinə qoyub. Hətta bu dəfə o bu sənədi bir qədər də sığortalanmış şəkildə yerləşdirib. Həmin şəxsin adını və soyadını sənəddən çıxardıb. Əgər belə bir bəyanat vermək, cinayət işi  qaldırmaq və ya təhqiqat aparmaq lazım idisə, bunu niyə o zaman eləmirdilər? Açığı, həmin vaxt ona görə belə bir mövqe ortalığa qoyulmadı ki, o zaman X.İsmayılın mövqeyi sərt müxalfətçi mövqeyi deyildi. Indi onun mövqeyi sərt müxalifətçi mövqeyidir və apardığı araşdırmalar iqtidaryönlü məmurlara sərf etmir. 2-3 il sonra əlaqədar qurumların əl-ayağa düşməsi bununla bağlıdır. Bu, məxfi rejim qaydalarının pozulmasıdır. Bildiyiniz kimi, məxfi rejim qaydaları MTN və DİN-də var. Çünki bundan daha çox əməliyyat xidmətində istifadə olunur. Son olay məxfi rejim qaydasının pozulması ilə bağlıdır.

 

- Sizcə  baş verən bu olaydan çıxış edərək söyləmək olarmı ki, hüquq-mühafizə orqanlarında rejim məxfiliyinə yetərincə əməl olunmur?

 

- Bu bir həqiqətdir ki, hüquq-mühafizə orqanlarında rejim  məxfiliyinə yüksək səviyyədə riayət olunmur. Son 10-15 ildə elə bir vəziyyət yaranıb ki, rejim məxfiliyi deyilən anlayış demək olar ki, tamamilə aradan qalxıb. Bunun da müxtəlif səbəbələri mövcuddur. Məxfi əməliyyat xidməti həm MTN-də, həm də DİN-də mövcuddur. DİN-də məxfi əməliyyat xidməti vaxtiylə yüksək səviyyədə idi. Indi onu 7-ci idarə deyilən baş idarə - məxfi əməliyyat idarəsi ediblər. Tutaq ki, o idarəyə hansısa əməliyyat tapşırığı göndərilir. Idarənin əksər əməkdaşları  cavan uşaqlardır. Onlar baş verənləri bir gün sonra çayxanada öz dostlarına danışırlar. Məxfi əməliyyat tapşırığı artıq çayxana söhbətnə çevrilir və oradan da kənara yayılır. Belə bir halda rejim məxfiliyinə əməl olunmasını gözləmək əbəsdir.

 

- Vətəndaşları narahat edən məsələlərdən biri də çoxlu sayda azərbaycanlının Suriyadakı əməliyyatlarda iştirak məqsədi ilə bu ölkəıyə üz tutmasıdır. Necə hesab edisiniz, bu tendensiyanın qarşısını almaq mümkündürmü və bu məsələdə hüquq-mühafizə orqanlarının üzərinə hansı vəzifələr düşür?

 

- Hər bir işi, problemi həll etmək üçün münasib bir vaxt, bir məqam olur. Bu, həm cinayət tərkibli əməl, həm inzibati xəta, həm də digər məsələlərdə keçərli olan amildir. Bu məqamı əldən verəndən sonra prosesləri nəzarətə götürmək mümkün olmur. Qatar getmiş olur. Bundan sonra heç bir haray-həşirin köməyi olmur. O fürsət artıq əldən buraxılıb. Vaxtında bunun qarşısının alınması istiqamətində addımlar atmaq lazım idi. Bu yöndə kompleks tədbirlər həyata keçirilməli idi. Bu tendensiyanın qarşısının alınması yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Bu məsələdə həm hüquq-mühafizə orqanları, həm sərhəd xidməti, həm miqrasiya, həm gömrük və  s dövlət qurumları birgə fəliyyət göstərməli idi. Hökumət rəhbərliyi səviyyəsində məsələ müzakirə edilməli, müəyyən tapşırıqlar verilməli di. Lakin hökumət baş verənlərə reaksiya vermədi. Hesab etdilər ki, baş verənlər kütləvi hal almaya bilər və bu səbəbdən də indidən bu barədə müəyyən addımlar atmaqla əlqədar dövlət orqanları haqqında mənfi rəy yaratmayaq. Yəni insnalr düşünməsinlər ki, vətəndaşlar vuruşmaq üçün xarici ölkəyə üz tutmasından dövlət orqanlarının xəbəri yoxdur. Lakin sonradan proses kütləvi xarakter aldı. Deyilənlərə görə, Suriyada vuruşan azərbaycanlıların sayı 200-ü də keçib. Məqam əldən buraxıldığı üçün problemi önləmək məqsədi ilə hazırda atılan addımlar effekt vermir. Bu tədbirlər ən yaxşı halda yeni köçlərə mane ola bilər, Suriyada olan azərbaycanlılar isə öz fəliyyətlərini davam etdirəcəklər.

 

- Bəzi ekspertlər iddia edir ki, Suriyaya gedən azərbaycanlılar həm də Azərbaycanın özü üçün ciddi təhlükə mənbəyidir və onlar geri dönəcəkləri təqdirdə  müxtəlif terror əməliyyatlarında iştirak edə bilərlər. Bu ehtimalı real hesab edirsinizmi?

 

- Təbii ki, onlar Azərbaycan üçün təhlükə vəd edir. Ümumiyyətlə, döyüş və qan görən insanlar aqrssiyaya daha meyilli olurlar. Müharibə görən insanların ədalətsizliyə reaksiyası bizimki kmi olmur. Onlar məsələyə daha səbirsiz yanaşırlar. Müharibə insanın xarakterinə təsir göstərən amildir. Bu baxımdan Suriyada döyüşən azərbaycanlılar geri qayıdandan sonra onlar bizim bəlkə də reaksiya vermədiyimiz məsələ ilə bağlı kəskin reaksiya sərgiləyə bilərlər. Bu, bir qanunauyğunluqdur və burada qeyr-adi heç nə yoxdur.

 

- Azərbaycanda axtarışda olan bəzi vətəndaşların iz azdırmaq məqsədi lə Suriyaya getdiyi və mücahidlərə məxsus saytlar vasitəsi ilə özlərini yalandan ölmüş elan edərək yeni bi kimliyə yiyələndiyi söylənilir. Praktiki baxımdan belə bir prosesin həyata keçirilməsi mümkündürmü?

 

- Bu, reallığa yaxın olan bir ehtimaldır. Doğrudur, hələlik bununla bağlı sübuta yetirilən bir fakt yoxdur. Lakin indiki situasiyada bu cür hallar baş verə bilər. Bunu istisna etmək olmaz.

 

- Belə bir ehtimal da var ki, Azərbaycan hökuməti ölkədəki radikal dindarları özü üçün təhlükə mənbəyi hesab etdiyi üçün onların  Suriyaya axınına məqsədl şəkildə mane olmur, əksinə təhlükəni özündən uzaqlaşdırmaq üçün bu axına şərait yaradır.

 

- Doğrusu, bu, bir qədər az ehtimal edilən məsələdir. Çünki bu insanlar müharibədə iştirak edəndən sonra sağ qalarlarsa, geri qayıda bilərlər. Yəni bu şəxslərin geri qayıtma ehtimalı da mövcuddur. Bu  şəxslər Azərbaycana öz kimliklərini dəyişərək də gələ bilər və müəyyən fəsadlar törədərlər. Məhz bu baxımdan bu ehtimal o qədər də inandırıcı görünmür.

 

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə fonunda orta və aşağı məmur təbəqəsinə məxsus xeyli insan məsuliyyətə cəlb edilsə də, iri məmurların məsuliyyətə cəlb edilməsi halı mövcud deyil. Sizcə yüksək çinl məmurların anti-korrupsiya tədbirlərindən kənarda qalması nə ilə bağlıdır?

 

- Korrupsiyaya qarşı mübarizəyə yalnız orta və aşağı təbəqə cəlb edilirsə, bu, o deməkdir ki, korrupsiya yuxarı təbəqəli məmurların öz əməllərində mövcuddur. Azərbaycanda hər hansı cinayət tərkibli əmələ qarşı mübarizə görüntü və kampaniya xarakteri daşıyır. Kommunist ideologiyasında da belə şeylər var idi. Şüarçılıq, görüntü gerçək mübarizə kimi qələmə verilirdi. Ölkədə bir-iki yetm-yesiri, müəllimi-həkimi tutmaqla korrupsiyaya qarşı mübarizə aparıldığı iddia olunur. Halbuki, Azərbaycanda “yuxarılar” içərisində “akulalar” var ki, onlar məsuliyyətə cəlb edilmir. Bu şəxslərin korrupsiya əməllərindən yalnız Azərbaycanın deyil, xarici ölkələrin KİV orqanları da yazır. Bu şəxslərin əməlləri beynəlxalq hüquq təşkilatları tərəfindən də tənqid olunur. Lakin bu şəxslərə qarşı heç bir addım atılmır. Belə bir mübarizə mümkün də deyil. Bu insanlar özləri özlərinə qarşı necə mübarizə aparacaqlar? Onlar öz-özlərini necə tutdura bilərlər?

 

- 2013-cü ildə korrupsiyaya görə məsuliyyətə cəlb edilən şəxslərin sayı 2012-ci ilə müqayisədə xeyli artıb ki, bu da anti-korrupsiya sahəsindəki uğur kimi dəyərləndirilir. Lakin məlum statistikadan çıxış edib söyləmək olarmı ki, bu göstərici həm də korrupsiya cinayətinin daha da kütləviləşdiynin bir isbatıdır?

 

- Şübhəsiz. Korrupsiyaya qarşı mübarizə fonunda məsuliyyətə cəlb edilən şəxslərin sayının artması problemin daha da inkişaf etdiyni göstərir. Əgər doğrudan da rəsmi qurumların elan etdiyi kimi, korrupsiyaya qarşı kəskin və ciddi mübarizə olsaydı,o zaman bu tendensiya azalmalı idi. Əgər cinayətlərin sayında artım varsa, bu, ona qarşı mübarizənin kifayət qədər effektiv aparılmadığını göstərir. Bu onu göstəir ki, ölkədə korrupsiyaya qarşı mübarizə aşağı səviyyədə aparılır. Istənilən cinayət tərkibli əməl və ya inzibati xəta hallarının sayı artırsa, bu, ona qarşı aparılan mübarizənin yüksk səviyyədə olmadığını göstərir.

 

- Korrupsiyanın qarşısını almaq üçün konkret olaraq hansı tədbirlər həyata keçirilməlidir?

 

- Öncə hüquq-mühafizə orqanlarında struktur dəyişiklikləri aparılmalıdır. Ikincisi, qanun qarşısında bərabərlik pinsipinə riayyət olunmalıdır. Vəzifəsindən, maddi imkanından, qohumluq əlaqələrindən asılı olmayaraq qanun qarşısında bərabərlik təmin edilməlidir. Bu isə Azərbaycanda yoxdur və olacağı da gözlənilmir. Hüquq-mühafizə orqanlarında şəxsi heyətin komplektləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. BMT”“nin korrupsiyaya qarşı mübarizə konvensiyasında xüsusi maddə var. Azərbaycanda çoxları elə biliri ki, korrupsiya kiminsə kimdənsə pul almasıdır. Korrupsiyanın ən ağır forması nepotizm, yəni qohumbazlıqdır. Həmin konvensiyaya uyğun olaraq Azəbaycanda prezidentin sərəncamından sonra qanun layihəsi işlənib hazırlandı. Konvensiyadakı maddəni də dövlət proqramındakı mübarizəyə daxil ediblər. Bu qanuna görə, əgər hər hansı bir komitə və ya idarənin, hətta kiçik bir şöbəni tərkibində yaxın qohumlar bir-birlərinin tabeçiliyində işləyirsə, bu, artıq korrupsiya deməkdir. Burada məxsusi yoxlama və ya təhqiqat aparmağa ehtiyac yoxdur. Azərbaycanda isə bu cür hallar minlərlədir. Bütün bunlar bir daha göstərir ki, ölkədə korrupsiyaya qarşı ciddi, prinsipial mübarizə aparılmır və belə bir mübarizədən danışmaq əbəsdir.

 

Seymur Əliyev

 

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO