Prezidentin Sumqayıt səfəri Eldar Əzizovu təşvişə salıb

Prezidentin Sumqayıt səfəri Eldar Əzizovu təşvişə salıb

Hazırda oxunan: Prezidentin Sumqayıt səfəri Eldar Əzizovu təşvişə salıb

41997

Moderator.az-a daxil olan məlumata görə, yaxın günlərdə prezident İlham Əliyevin Sumqayıta səfəri gözlənilir. Mənbənin məlumatına görə, səfərlə bağlı informasiya icra başçısı tərəfindən ciddi təlaş və narahatlığa səbəb olub:

“E.Əzizov prezidentin Sumqayıt səfərini böyük təlaş və gərginliklə gözləməkdədir. İcra başçısı məlum səfərin onun üçün arzuedilməz nəticələr doğura biləcəyindən ehtiyat edir. Məhz bu səbəbdən də iri sahibkarları və iş adamlarını səfərlə bağlı məlumatlandıran icra başçısı hər kəsi diqqətli olmağa səsləyib. E.Əzizov qeyd edib ki, iş adamları sahib olduqları obyektlərin xarici görünüşü və təmizliyinə diqqət yetirməli, bu obyektlərin gözəl və xoşagələn görsənməyinə çalışmalıdır. Prezidentin irad və ya narazılığına səbəb olan obyektlərin sahiblərinin ciddi şəkildə cəzalandırılacağını bildirən icra başçısı, bu məsələdə kimsəyə güzəşt edilməyəcəyini qeyd edib”.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO