Vəhabi cənazələri təbliğat vasitəsi kimi

Vəhabi cənazələri təbliğat vasitəsi kimi

Hazırda oxunan: Vəhabi cənazələri təbliğat vasitəsi kimi

41939

Suriyadakı hərbi əməliyyatlarda həlak olan azərbaycanlıların cənazəsindən Sumqayıtda təbliğat vasitəsi kimi istifadə olunur. 

Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, ölən şəxslərin cəsədindən istfadə edən vəhabi ideoloqları, yas mərasimlərindəki çıxışlarında Suriyaya getmək üçün daha çox mücahid cəlb etməyə çalışır:

“Suriyadakı əməliyyatlarda həlak olan azərbaycanlıların cəsədindən daha çox mücahid toplamaq məqsədi ilə təbliğat materialı kimi istifdə edilir. Məlum tendensiya son aylar “mücahid ixracatçısına” çevrilən Sumqayıt şəhərində daha geniş yayılmaqdadır. Belə ki, Suriyada öldürülərək doğma şəhərinə gətirilən şəxslərin yas mərasimində iştirak edən vəhabi ideoloqları çoxlu sayda insanın bir araya gəlməsindən istifadə edərək dini moizələr səsləndirir, öldürülən mücahidin hər kəsə örnək olduğunu, onun yolu ilə getməyin vacibliyini vurğulayırlar. Daha sonra həlak olan şəxsin ölümündən öncə “kafirlərə” necə divan tutmasından bəhs edilir, mərhum az qala əfsanəvi qəhrəman səviyyəsinə qaldırılır. Yas mərasimi fonunda həyata keçirilən ideoloji təbliğat işi o qədər yüksək ustalıqla aparılır ki, elə oradaca bir çox insan, xüsusilə də azyaşlılar Suriyada vuruşmaq niyyətində olduqlarını açıqlayır və qısa zamanda səfər hazırlığına cəlb edilir”.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO