FHN yanğınla bağlı məlumat yaydı - VİDEO 

FHN yanğınla bağlı məlumat yaydı - VİDEO 

Hazırda oxunan: FHN yanğınla bağlı məlumat yaydı - VİDEO 

0:00
0:00
41845

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın haqda daha bir məlumat yayıb.  

Bizim.Media xəbər verir ki, məlumatda FHN əməkdaşlarının yanğın yerinə 4 dəqiqə sonra çatdığı bildirilib. 

“Saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.  

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib. Yanğınsöndürmə qüvvələrinin fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb.  

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov bildirib ki, Nərimanov rayonunda bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib:  

"Yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunub". 

Ə. Novruzov həmçinin qeyd edib ki, yanğının baş vermə səbəbləri araşdırılır. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO