Nərimanovda nəqliyyatın hərəkəti BƏRPA EDİLDİ 

Nərimanovda nəqliyyatın hərəkəti BƏRPA EDİLDİ 

Hazırda oxunan: Nərimanovda nəqliyyatın hərəkəti BƏRPA EDİLDİ 

41831

Bakı şəhəri, Nərimanov rayonunda baş verən yanğınla əlaqədar metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. 

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 
 

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda, “Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar bir neçə küçəyə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmuşdu.


Bununla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olunmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO