Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR 

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR 

Hazırda oxunan: Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR 

41775

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına yeni bəndlər əlavə edilib.

Bizim.Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

Argentina Respublikası;

Avstraliya İttifaqı;

Braziliya Federativ Respublikası;

Bruney Darüssalam;

Cənubi Koreya Respublikası;

Çili Respublikası;

Ekvador Respublikası;

Kamboca Krallığı;

Kosta Rika Respublikası;

Kuba Respublikası;

Küveyt Dövləti;

Qazaxıstan Respublikası;

Maldiv Respublikası;

Meksika Birləşmiş Ştatları;

Mərakeş Krallığı;

Monqolustan;

Monteneqro;

Norveç Krallığı;

Oman Sultanlığı;

Panama Respublikası;

Salvador;

Uruqvay Şərq Respublikası;

Yeni Zelandiya.

Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO