Bakı küçələrindən birində baxımsız vəziyyətdə dilənərkən görüntülənən uşağın və anasının kimliyi müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda azyaşlı narkotikdən istifadə edib? – DİN-dən REAKSİYA
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hazırda azyaşlının müalicə üçün tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq işlər aparılır.
Qeyd edək ki, sözügedən azyaşlı ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook”-da məlumat paylaşıb.
Bizim.Media