“50-60 peşə məktəbinin açılmasına ehtiyac yaranıb. Bu gün insanları peşə məktəbinə cəlb etmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin növbəti plenar iclasında “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəsi zamanı deyib.
O, bildirib ki, iş üçün ona onlarla müraciət olur.
“Heç bir sənət sahibi deyillər, ancaq iş üçün müraciət edirlər. Adam qalır necə kömək etsin. Ona görə biz peşə təhsilində Türkiyə təcrübəsindən istifadə edib, bunu inkişaf etdirməliyik”.
Deputat çıxışı zamanı yeni peşə məktəblərinin tikilməsi üçün ayrılan vəsaitlərdən də danışıb.
“O qədər lazım olmayan layihələrə pul ayrılır ki. Mən dəfələrlə bu məsələyə öz çıxışlarımda toxunmuşam. Hesab edirəm ki, peşə məktəblərinin tikilişinə vəsaiti artırmaq lazımdır”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:38 / 15.10.2021
“Heç bir sənət sahibi deyillər, amma iş istəyirlər...” – Millət vəkili
Hazırda oxunan: “Heç bir sənət sahibi deyillər, amma iş istəyirlər...” – Millət vəkili
Hazırda oxunan: “Heç bir sənət sahibi deyillər, amma iş istəyirlər...” – Millət vəkili
41718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.