Ramil Usubovdan daha bir kadr dəyişikliyi

Ramil Usubovdan daha bir kadr dəyişikliyi

Hazırda oxunan: Ramil Usubovdan daha bir kadr dəyişikliyi

4170
Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib. Aznews.az xəbər verir ki, nazir Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarıb.
 
R.Usubov həmçinin İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümovu da tutduğu vəzifədən azad edib. Nazir digər əmrlə V.Müslümovu Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edib.
 
Məlumat üçün bildirək ki, Yevlaxın işdən çıxarılan polis rəisi Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb, mətbuatın gündəminə gəlib. Onun qanunsuz əməlləri ilə bağlı Ramil Usubova dəfələrlə müraciət edildiyi də mətbuat səhifələrində tirajlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO