Xocavənddə silah-sursat aşkarlandı - FOTO 

Xocavənddə silah-sursat aşkarlandı - FOTO 

Hazırda oxunan: Xocavənddə silah-sursat aşkarlandı - FOTO 

41673

İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, düşmənin qaçarkən atdığı silah-sursatın tapılıb aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis orqanları və əlaqədar qurumlar tərəfindən intensiv tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, son günlər keçirilən profilaktik nəzarət tədbirləri nəticəsində Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. 

Həmin tədbirlərin davamı olaraq Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO