AZAL 9

AZAL 9 "Boeing 787 Dreamliner" təyyarələri alacaq - FOTO

Hazırda oxunan: AZAL 9 "Boeing 787 Dreamliner" təyyarələri alacaq - FOTO

41610

Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar səfər etmiş ABŞ-ın "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində satış və marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb.

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, görüşdə şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib. 

Görüş çərçivəsində AZAL üçün yeni "Boeing 787 Dreamliner" təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib.

Tərəflər “Boeing” korporasiyasının 9 genişfüzelyajlı "Dreamliner" təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud "Boeing 757", "Boeing 767" və "Airbus A340" təyyarələrini 2030-cu ilin sonuna qədər əvəz edə biləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO